...

Azərbaycan sahibkarlarının dövlət zəmanəti ilə aldıqları güzəştli kreditin həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Oktyabr 2025 16:03 (UTC +04:00)
Azərbaycan sahibkarlarının dövlət zəmanəti ilə aldıqları güzəştli kreditin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara 642 milyon manat məbləğində kredit verilib ki, bunun da 93 milyon manatı cari ilin yanvar-sentyabr aylarının payına düşür.

Bu barədə Trend İKZF-yə istinadən xəbər verir.

Məlumata görə, mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti