...

"Greentek Group"un fəaliyyəti məhdudlaşdırılıb

İqtisadiyyat Materials 13 Oktyabr 2025 13:18 (UTC +04:00)
"Greentek Group"un fəaliyyəti məhdudlaşdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Greentek Group" MMC-nin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, tənzimləyici qurum tərəfindən MMC-də həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktları aşkar edilib.

Buna görə də “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələri rəhbər tutularaq, lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti