...

Azərbaycan hər zaman bütün məsələlərdə Türkiyə və Pakistana dəstək nümayiş etdirib – Sahibə Qafarova

Siyasət Materials 13 Oktyabr 2025 14:41 (UTC +04:00)
Azərbaycan hər zaman bütün məsələlərdə Türkiyə və Pakistana dəstək nümayiş etdirib – Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan-Pakistan-Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər.

Trend xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Spiker deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq.

Onun sözlərinə görə, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti