Bakı. Trend:
Slovakiyanın şərqində yerləşən Rojnava qəsəbəsinin ərazisində iki ekspress qatarı toqquşub.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində onlarla sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
İnsident vaxtı qatarlarda ümumilikdə 80-ə yaxın sərnişinin olduğunu bildirsə də, təfərrüatlar barədə məlumat verilməyib.