Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Trend xəbər verir ki, bu barədə Baş nazirliyin ofisi məlumat yayıb.
Məlumata görə, Kir Starmer Prezident Ərdoğana atəşkəsin əldə olunması və müharibəyə son qoyulması prosesində oynadığı mühüm roluna görə təşəkkür edib.
Tərəflər bildiriblər ki, mövcud vəziyyət dönüş nöqtəsi olmalı və sülh planının həyata keçirilməsi istiqamətində irəliləyiş davam etdirilməlidir.
Görüş zamanı, həmçinin iki ölkə arasında ortaq prioritetlər müzakirə olunub və müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə razılıq əldə edilib.