Bakı. Trend:
“Comex” birjasında gümüş füçerslərinin (2025-ci ilin dekabrına olan tədarüklər üçün) qiyməti tarixi ən yüksək həddini yeniləyərək, bir troy unsiyası üçün 50 ABŞ dollarını (85 AZN) ötüb keçib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qiymətli metalın dəyəri 5,97% artaraq bir troy unsiyası üçün 50,07 ABŞ dolları (85,12 AZN) təşkil edib. Saat 16:48-ə yaxın isə gümüşün qiyməti artım tempini bir qədər azaldaraq 49,825 dollar (+5,46%) səviyyəsinə enib.
Eyni zamanda, 2025-ci ilin dekabr ayında təhvil veriləcək qızıl fyuçersinin “Comex” birjasındakı qiyməti 4 097,2 dollar (+2,42%) səviyyəsində olub.