...

Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir - Misir Prezidenti

Dünya xəbərləri Materials 13 Oktyabr 2025 19:41 (UTC +04:00)
Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir - Misir Prezidenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə deyib.

Misir Prezidenti qeyd edib ki, Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik: "Qəzzaya humanitar yardımın daxil olması təmin edilməlidir"

Bundan başqa, Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinə Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti