...

Yanvar-avqust aylarında Rusiyadan Azərbaycana idxal olunan təbii qazın həcmi açıqlandı

Energetika Materials 13 Oktyabr 2025 19:19 (UTC +04:00)
Yanvar-avqust aylarında Rusiyadan Azərbaycana idxal olunan təbii qazın həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 21,2 milyon kubmetr təbii qaz idxal olunub.

Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu həcmdə qazın alınmasına 3,9 milyon ABŞ dolları xərclənib.

Ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana təbii qaz idxalı barədə məlumat qeydə alınmayıb.

Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycana xarici ölkələrdən ümumilikdə 233,3 milyon kubmetr təbii qaz idxal olunub və bunun ümumi dəyəri 36 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qazın həcmi üzrə idxalı 234,4 milyon kubmetr və ya 2 dəfə, dəyər ifadəsində isə 38,8 milyon ABŞ dolları və ya 2 dəfə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti