Bakı. Trend:
Meksika hökuməti ölkənin mərkəzi və şərq ştatlarını vuran leysan yağışları nəticəsində ölənlərin sayının 64 nəfərə çatdığını bildirib və zərərçəkənlərə yardım işlərini gücləndirib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, hökumət əsas xidmətləri bərpa etmək və təbii fəlakətdən zərər çəkən sakinlərə dəstək vermək üçün mərkəzi Puebla əyalətində, Veracruz, Hidalgo və Queretaro vilayətlərində, eləcə də San Luis Potosinin şimal və mərkəzi hissələrində 139 bələdiyyəyə təcili yardım göstərir.