Bakı. Trend:
Cari ilin yanvar ayından sentyabr ayına qədər olan dövr ərzində Azərbaycanın pərakəndə ticarət sektorunda ümumilikdə 594,2 milyon manat həcmində mal, o cümlədən kompüterlər, telekommunikasiya avadanlığı və çap məhsulları satılıb.
Bu barədə Trend Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ticarət dövriyyəsində qeyri-ərzaq məhsullarının payı 1,3 faiz təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 46,423 milyard manatlıq məhsul satılıb. Bunun 25,359 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 21,064 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. 2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə isə 6,8% artım qeydə alınıb.