...

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Cəmiyyət Materials 13 Oktyabr 2025 20:50 (UTC +04:00)
Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibb sahəsində ingilis dili" mövzusunda kursun birinci modulu keçirilir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə mövzu ilə bağlı brifinqlər təqdim edilir.

Tədbirin əsas məqsədi beynəlxalq təcrübələrdən faydalanmaqla iştirakçıların ixtisas hazırlıqlarını yüksəltməkdir.

Qeyd edək ki, sözügedən kurs oktyabrın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti