...

Azərbaycan regional diplomatiyanın ön sıralarındadır – Hikmət Hacıyev (VİDEO)

Siyasət Materials 13 Oktyabr 2025 20:42 (UTC +04:00)
Azərbaycan regional diplomatiyanın ön sıralarındadır – Hikmət Hacıyev (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında sammitdən görüntülər paylaşıb.

"Yaxın Şərqdə sülh!!! Gözümüzün qabağında tarix yazılır!!! Azərbaycan regional diplomatiyanın ön sıralarındadır!!!", - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti