Bakı. Trend:
İtaliya polisi axtarış zamanı təxminən 200 kiloqram kokain aşkar edilən bir şəxsi saxlayıb.
Trend-in "BS News" nəşrinə istinadən verdiyi məlumata görə, ələ keçirilən narkotik vasitələrin bazar dəyəri təxminən 16 milyon avrodur.
Şübhəli şəxs küçədə bel çantası ilə ehtiyatla hərəkət etdiyi üçün polis tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərində izah edə bilmədiyi külli miqdarda nağd pul tapılıb.
Araşdırma nəticəsində həmin şəxsin işsiz və alban əsilli olduğu müəyyən edilib. Onun evində aparılan əməliyyat zamanı 8 çantada 191 bağlama kokain, 30 min avro nağd pul və döyüş sursatı olan tapança aşkar edilərək müsadirə olunub.
İstintaqın ilkin versiyasına görə, kokain Romada satış üçün nəzərdə tutulub və əldə olunan gəlirin mütəşəkkil cinayətkarlığın maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılırmış.
Ümumilikdə müxtəlif loqolarla işarələnmiş təxminən 8000 doza narkotik vasitə ələ keçirilib.