...

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 200 milyon manata yaxın investisiya yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2025 13:46 (UTC +04:00)
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 200 milyon manata yaxın investisiya yatırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb, 14 müəssisə fəaliyyət göstərir.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

O qeyd edib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi azad edilmiş torpaqların bərpasında yaxından iştirak edir: "Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə 2 sənaye zonamız Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları mövcuddur.

Hazırda bu iki sənaye parkında ümumilikdə 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb, 14 müəssisə fəaliyyət göstərir. 200 milyon manata yaxın investisiya yatırılıb, 1000-dən artıq daimi iş yeri yaradılıb.

Bir maraqlı məlumatı diqqətə çatdırım ki, Ağdam Sənaye Parkında hazırda qeydiyyatdan keçən müəssisələrin sayı, işğaldan əvvəlki dövrlərdə mövcud olmuş müəssisələrin sayından çoxdur. Artıq əminliklə deyə bilərəm ki, Ağdam Sənaye Parkı Ağdamın əvvəlki sənaye nüfuzunu özünə qaytarıb".

Xəbər lenti

Xəbər lenti