...

İğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığı proqramlarına cəlb olunub - Sadiq Əliyev

Gündəm Materials 14 Oktyabr 2025 11:43 (UTC +04:00)
İğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığı proqramlarına cəlb olunub - Sadiq Əliyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq olunur.

Trend xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel müzakirədə çıxış edərkən deyib.

O bildirib ki, Dövlət Məşğulluq Agentliyi həmçinin işğaldan azad edilmiş ərazilərdə də təhsil və məşğulluq təşəbbüsləri ilə çıxış edir:

"Xüsusi olaraq qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərdə Agentliyimiz tərəfindən peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığının təşkilini stimullaşdırmaq və ixtisaslaşmış təlim müəssisələriniregiona cəlb etmək məqsədilə Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə adambaşına düşən vəsaitə 20% əlavə tətbiq edilir. Bundan əlavə, Qarabağ Peşə Hazırlığı Mərkəzi özəl təlim müəssisələriilə birgə regionun ehtiyaclarına uyğun olaraq birgə təlimlərtəşkil edir, öz infrastrukturundan işəgötürənlər üçün genişistifadəyə imkan yaradır. Bu regionlarda infrastrukturunbərpası ilə yanaşı, insan kapitalının bərpası da prioritet istiqamətlərdəndir".

Sadiq Əliyev qeyd edib ki, hazırda bu ərazilərdə 300-dən çox şəxs peşə hazırlığı proqramlarına cəlb olunub və bu proses mərhələli şəkildə genişlənir:

"Bu, həm regionların sosial dirçəlişinə, həm dədayanıqlı məşğulluq ekosisteminin formalaşmasına xidmət edir. Tərəfimizdən təhsil və insan kapitalına qoyulan investisiya fəaliyyəti kimi daha bir istiqamətə diqqətinizi çəkmək istəyirəm. Burada Agentliyimizin Mərkəzi Karyera Filialının fəaliyyətini nəzərdə tuturam. Bu filial vətəndaşların, xüsusilə də yeniyetməvə gənclərin karyera inkişafı, peşə seçimi və bacarıqlarınıninkişafı istiqamətində sistemli xidmətlər göstərməklə, ömürboyu öyrənmənin davamlılığını təmin edir".

"Bu məqsədlə MKF tərəfindən layihələr həyata keçirilir, forumlar, sammitlər və karyera festivalları təşkil olunur. Bu tədbirlərdə gənclər öz potensiallarını və maraqlarını tanımaq imkanı əldə edirlər; əməkbazarının tələblərinə uyğun ixtisas və bacarıqlar öyrənirlər; nəticədə öz gələcək təhsil seçimlərini təsadüfi deyil, qanunauyğun şəkildə edirlər. Bütün bunlar da gənclərin, tələbələrin və işaxtaran şəxslərin peşə, bacarıq və karyeraplanlaması sahəsində bilik və bacarıqlarına sərmayə qoyulmasıdeməkdir. Bununla da MKF insan kapitalının formalaşmasında birbaşa iştirak edir", - deyə Sadiq Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti