Bak.Trend:
Mədəni indibahın təməli təhsildir.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycanda son illərdə təhsilin inkişafına xüsusi diqqət göstərilib:
"Biz bilirik ki, təhsil inkişafına qoyulan bu dəyər gələcək üçün ən böyük sərmayədir. Dünya günbəgün dəyişir, yeni çağırışlar baş qaldırır. Son illərdə təhsilə yönəlmiş investitsiyalar insan kaptalına yönələn siyasətləri əhatə edir. Mədəni indibahın təməli təhsildir. Biz birgə çalışır, xüsusilə təhsillə bağlı yeni layihələr həyata keçirirk. Qızların təhsilinə dəstək layihəsi çərçivəsində həyata keçirilən proqramlara qısa müddət ərzində xeyli şəxs cəlb olunub. Bu təşəbbüslər sadəcə fərdi talehləri dəyişmir, regonlarda sosial ədaləti və gender bərabərliyini artırır".
Bahar Muradova qeyd edib ki, 3000-ə dək qız erkən evliliyə son deyək təlimlərinə cəlb olunub və maarifləndirilib.
Onun sözlərinə görə, eyni zamanda müharibədən zərər çəkmiş ərazilərdə aparılan sosial işdə təhsilin daha çox diqqətdə saxlanılmasına dəstək verən çoxsaylı təlimlər də davam edir.