...

Azərbaycanda dəmir yollarının 145 illiyi münasibətilə poçt markası buraxılıb

Cəmiyyət Materials 14 Oktyabr 2025 10:53 (UTC +04:00)
Azərbaycanda dəmir yollarının 145 illiyi münasibətilə poçt markası buraxılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, “Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.

Vurğulanıb ki, markanın üzərində yük qatarı təsvir edilib. Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.

Marka 4 min tirajla çap olunub.

Xəbər lenti

Xəbər lenti