Bakı. Trend:
Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-pri yarışında Azərbaycan idmançıları uğurlu çıxış ediblər.
Trend-in məlumatına görə, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) gümüş, Kənan Nəsibov (+100 kq) isə bürünc medal əldə edib.
Bununla da Azərbaycan komandası turniri ümumilikdə 7 medalla başa vurub.
Daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli isə bürünc medallara sahib olublar.
Beləliklə, Azərbaycan cüdoçuları Lima Qran-prisini 2 gümüş və 5 bürünc medalla tamamlayıblar.