...

Azad edilmiş ərazilərdə işlərin əhəmiyyətli hissəsini Azərbaycan mühəndisləri həyata keçirir - İlqar İsbatov

Cəmiyyət Materials 14 Oktyabr 2025 10:41 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quraşdırma işləri həyata keçirilir. 6-sı şəhər olmaqla 28 yaşayış məntəqəsinə artıq məcburi köçkünlərin bir hissəsi geri qayıdıb.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

"İşğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quraşdırma işləri həyata keçirilir. 6-sı şəhər olmaqla 28 yaşayış məntəqəsində artıq məcburi köçkünlərin bir hissəsi geri qayıdıb. 50 mindən artıq əhali Qarabağda yaşayır, işləyir, təhsil alır.

Azad edilmiş ərazilərimizdə mülki və yaşayış binaları ilə yanaşı, infrastruktur obyektləri, yollar, tunellər, körpülər tikilir, mədəniyyət abidələri bərpa edilir", - o qeyd edib.

İ. İsbatov vurğulayıb ki, azad edilmiş ərazilərdə işlərin əksəriyyəti və əhəmiyyətli hissəsi məhz Azərbaycan inşaatçılarının, mühəndislərinin əməyi, zəhməti ilə həyata keçirilir:

"Eyni zamanda orada istifadə olunan texnoloji avadanlıqların əhəmiyyətli hissəsi Azərbaycanda istehsal olunur. Bundan əlavə işğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan edilib. Burada görülən işlər məhz bu çərçivədə aparılır", - deyə İ. İsbatov qeyd edib.

Xəbər lenti

Xəbər lenti