Bakı. Trend:
Ələt Azad İqtisadi Zonası Azərbaycanda müasir istehsal müəssisələrinin qurulması üçün böyük şərait yaradır
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycanın inkişaf strategiyasında iqtisadiyyatın mürəkkəbliyinin artırılması xüsusi önəm kəsb edir.
"İqtisadiyyatları bir birindən fərqləndirən onların mürəkləbliyidir. Mürəkkəblik bir çox bilik və bacarıqları özündə əks etdirən məhsul istehsalının həyata keçirilməsidir.
Azərbaycanda qurulan sənaye parkları yüksək ixtisaslı mütəxəssislərin, xüsusilə də qeyri-neft sənayesi üzrə kadrların cəlb olunması üçün xüsusi lazımi təsisat institutları kimi çıxış edir.
Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanır.
Ələt Azad İqtisadi Zonasının da bu sahədə rolunu qeyd etmək istərdim. Bu iqtisadi zona okeana birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycanda müasir istehsal müəssisələrinin qurulması üçün böyük şərait yaradır"- deyə o əlavə edib.