Bakı. Trend:
Bu il peşə məktəblərinə 27.000-dən artıq tələbə qəbul olunub. Qəbul olunan tələbələrin 84%-i dövlət sifarişi üzrədir. Bizim ali təhsil müəssisələrinddə isə tələbələrin yalnız 50%-i dövlət sifarişi üzrə qəbul olunur.
Trend xəbər verir ki bu sözləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir tələbəyə orta hesabla xərclər 600–700 manat təşkil edir. Bəzi hallarda isə məsələn, bir tələbəyə illik xərclər 2.700 manat olur:
“Ən çox xərclərimiz isə məktəbəqədər təhsil müəssisələrinə sərf olunur. Burada bir uşağa təxminən 4.000–4.500 manat xərclənir. Bunun əsas səbəbi, burada qida seqmentinin olmasıdır, yəni uşaqlara qida verilir. Bu səbəbdən də xərclər daha yüksəkdir”.