...

Sahibkarlar sənaye parklarında 11 milyon manat qənaət ediblər - İZİA

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2025 13:56 (UTC +04:00)
Sahibkarlar sənaye parklarında 11 milyon manat qənaət ediblər - İZİA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün bir çox güzəştlər tətbiq edilir. Bu ilin 1 oktyabr tarixinədək Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında mövcud rezidentlərə 232 ədəd təsdiqedici sənəd verilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sənədlər əsasında sahibkarlar sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 11 milyon manata yaxın vəsaitlərinə qənaət ediblər: "Həmçinin bu ilin 9 ayında sahibkarlara 133 ədəd təsdiqedici sənəd verilib ki, bu da sahibkarlara 4,2 milyon manat vəsaitlərinə qənaət etməyə imkan verib".

"Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar", - deyə E. Kazımov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti