...

Kabo-Verde tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb

İdman Materials 13 Oktyabr 2025 23:07 (UTC +04:00)
Kabo-Verde tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kabo-Verde milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Esvatini yığmasını 3:0 hesabı ilə məğlub edərək, mundialın final mərhələsinə vəsiqə qazanıb.

Trend xəbər verir ki, Afrika təmsilçisi qrupda 10 turdan sonra 23 xalla birinci yeri tutaraq tarixi uğura imza atıb. Bu, Kabo-Verdə millisinin tarixində ilk dəfə dünya çempionatında iştirak edəcəyi deməkdir.

Kabo-Verde mundiala vəsiqə qazanan 22-ci komanda olub. Daha əvvəl bu hüququ Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qana milliləri əldə ediblər.

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti