...

Donald Tramp Prezident İlham Əliyev haqda: “O, çox güclü liderdir” (VİDEO)

Siyasət Materials 13 Oktyabr 2025 21:54 (UTC +04:00)
Donald Tramp Prezident İlham Əliyev haqda: “O, çox güclü liderdir” (VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Qəzzada yekun atəşkəs sazişinin imzalanmasında çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyevin adını bir daha xatırladıb.

“Bu gün burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Mən müharibə məsələsini bu adam üçün, Azərbaycan üçün həll etmişəm”.

Trend-in məlumatına görə, bunu Donald Tramp Şarm əl-Şeyx Sülh Sammitində Prezident İlham Əliyevə müraciətində deyib.

“Siz bir birinizlə anlaşırsınız? 32 ildir qarşıdurma var idi, amma biz təxminən bir saata məsələni həll etdik, elə deyilmi?”, - ABŞ prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət edərək deyib. "O, çox güclü liderdir, öz işini çox yaxşı görür", - Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti