...

Azərbaycan öz inkişaf prioritetlərində təhsil sektoruna xüsusi diqqət ayırıb - Hurşid Rüstəmov

Cəmiyyət Materials 14 Oktyabr 2025 11:08 (UTC +04:00)
Azərbaycan öz inkişaf prioritetlərində təhsil sektoruna xüsusi diqqət ayırıb - Hurşid Rüstəmov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz inkişaf prioritetlərində təhsil sektoruna xüsusi diqqət ayırıb.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin iqtisadçısı Hurşid Rüstəmov “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasının 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, mühüm istiqamətlərdən biri rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və innovasiya mühitinin yaradılmasıdır. Bu istiqamətdə təhsilə çıxış məsələləri əsas diqqət mərkəzindədir:

"Eyni zamanda, təhsilin keyfiyyətinə, xüsusilə orta və peşə təhsili səviyyəsində diqqət artırılır.
Bundan əlavə, ölkədə davamlı təhsilin təşviqi və rəqəmsal bacarıqların inkişafı da xüsusi vurğulanır. Beləliklə, bu strategiya təhsil sahəsində islahatların kifayət qədər hərtərəfli istiqamətini müəyyənləşdirir".

O əlavə edib ki, hökumət mütəmadi olaraq təhsil sektorunun inkişafına dair dövlət strategiyası qəbul edir və bu, Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir:

"Göründüyü kimi, təhsil sektoru ölkənin inkişaf səylərində ən yüksək prioritetlərdən biridir. Bu ümumi istiqamətlərdən əlavə, bizim apardığımız təhlil göstərir ki, hökumət, xüsusilə Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu sahədə bir sıra hədəfli layihələr həyata keçirir".

Xəbər lenti

Xəbər lenti