Bakı. Trend:
Son 3 ildə Laçın rayonunun bərpasının birinci mərhələsi başa çatıb. 3 kənd yenidən inşa edilərək istifadəyə verilib. 30-dan artıq müəssisənin tikintisi başa çatıb.
Trend xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
O qeyd edib ki, Laçında yeni hava limanı və hotel kompleksi istifadəyə verilib:
"İri şəhərlərin içməli su ilə təchiz edilməsi ilə bağlı layihə nəzərdə tutulub. Həmçinin Laçında müasir kanat yolunun tikintisi aparılır. Laçın təkcə yenidən tikilən rayon deyil, beynəlxalq əməkdaşlıq və mədəni dialoqların mərkəzinə çevrilib".