Bakı. Trend:
Məşhur “Race Across the World” yarışmasının ulduzu Sem Qardiner çətin hava şəraitində yüksək sürətlə hərəkət edən “VW Golf” avtomobilinin idarəetməsini itirərək ölümcül qəza keçirib.
Trend xəbər verir ki, 24 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Sem Qardiner 2020-ci ildə anası Co ilə birlikdə məşhur səyahət şousunda iştirak edərək populyarlıq qazanmışdı. O, İngiltərənin Stokport şəhərindəki A34 avtomobil yolunda idarəetməni itirərək başqa nəqliyyat vasitəsi ilə toqquşub və ağır beyin travması alaraq hadisə yerində dünyasını dəyişib.
Anasının sözlərinə görə, Sem “macəra axtaran, daim hədəf qoyan və heç vaxt bir yerdə dayanmayan” biri olub:
“O, bir məqsədə çatanda dərhal yeni bir hədəf axtarırdı,” – deyə Semin anası bildirib.