...

Tərtərdə məktəbdə 11-ci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırma aparılır (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 14 Oktyabr 2025 09:18 (UTC +04:00)
Tərtərdə məktəbdə 11-ci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırma aparılır (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Tərtər rayonunun Seydimli kəndində 11-ci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bu gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.

Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir.

xxx

09:18

Tərtər rayonunun Seydimli kəndində məktəbdə insident baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı 2008-ci il təvəllüdlü Ayaz İsayev sinif yoldaşının atası – Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.

İlkin məlumata əsasən, A.İsayev bir müddət əvvəl sinif yoldaşı ilə mübahisə edib və aralarında dava olub. Daha sonra şagirdlər dərsdə olarkən həmin şəxsin məktəbə gələrək sinif otağına daxil olduğu və Ayaz İsayevə yumruqla xəsarət yetirdiyi bildirilir.

Zərbənin nəticəsində A.İsayevin burunu qırılıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti