...

Alimlər ABŞ sahillərində Kaskadiya zəlzələsi riskindən xəbərdarlıq edir

Dünya xəbərləri Materials 14 Oktyabr 2025 03:55 (UTC +04:00)
Alimlər ABŞ sahillərində Kaskadiya zəlzələsi riskindən xəbərdarlıq edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər ABŞ sahilləri boyunca Kaskadiya subduksiya zonasının ən güclü zəlzələlərdən birinə səbəb ola biləcəyindən narahatdırlar.

Trend-in məlumatına görə, abu barədə "The New York Times" xəbər yayıb.

Subduksiya zonasında iki tektonik plitə qarşılaşır; Kaskadiya və Xuan-de-Fuka plitələri Şimali Amerika plitəsinin altına dalır.

Qəzet Oreqon Dövlət Universitetinin professoru Kris Qoldfingerdən sitat gətirərək yazır: “İnsanlar Kaskadiya haqqında tez-tez deyirlər: 'Zəlzələ baş verəndə bu, Şimali Amerika tarixində ən böyük fəlakət olacaq.'”

Alimlər hesab edirlər ki, Kaskadiyada baş verəcək zəlzələ Kaliforniyadakı San-Andreas qırılma zonasına da təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti