Bakı. Trend:
NATO-nun illik “Steadfast Noon 2025” nüvə təlimi bazar ertəsi Hollandiyada start götürüb.
Trend xəbər verir ki, təlimlərin məqsədi Alyansın nüvə qarşısının alınmasına hazırlığını yoxlamaqdır.
NATO-nun baş katibi Mark Rutte Volkel aviabazasına səfəri zamanı bildirib ki, təlimlərə Alyansa üzv ölkələrin təyyarələri, o cümlədən Hollandiya Hərbi Hava Qüvvələrinin müasir F-35A təyyarələri cəlb olunacaq.
Alyans qeyd edib ki, bu təlimlər hər il keçirilir və nüvə silahının istifadəsini nəzərdə tutmur. Baş katib Mark Rutte vurğulayıb ki, təlimlər sırf müdafiə xarakteri daşıyır və NATO-nun Avro-Atlantik regionda təhlükəsizliyi qorumaq qabiliyyətini nümayiş etdirir.