...

Hakimiyyətin bir qolunda tarazılığın pozulması digər qolun müstəqilliyinə zərbə vura bilər - Lətif Hüseynov

Cəmiyyət Materials 14 Oktyabr 2025 10:05 (UTC +04:00)
Hakimiyyətin bir qolunda tarazılığın pozulması digər qolun müstəqilliyinə zərbə vura bilər - Lətif Hüseynov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bir hakimiyyət qolu digərinə qarşı dominant ola bilməz, əgər tarazılıq pozularsa, bu, digər hakimiyyət qolunun müstəqilliyinə zərbə vura bilər.

Trend xəbər verir ki, bu fikirləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O vurğulayıb ki, məhkəmə hakimiyyəti ilə digər qollar arasında münasibət dialoq və əməkdaşlığı ehtiva edir.

“Bu gün təşkil olunan beynəlxalq konfransın mövzusu aktual və mürəkkəbdir. Hakimiyyət bölgüsü bir konsepsiya kimi sadəcə funksiyaların bölgüsü demək deyil. Bu, yoxlamalar və balansların üç hakimiyyət qolları arasında bağlılığından asılıdır”.

L.Hüseynov vurğulayıb ki, üç hakimiyyət qolu arasında dialoq qaçılmazdır.

Xəbər lenti

Xəbər lenti