Bakı. Trend:
"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara dəstək məqsədilə tətbiq edilən innovativ dövlət dəstəyi mexanizmləri barədə süjet yayımlanıb.
Video materialda ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi KOB-ların inkişafına xüsusi önəm verildiyi qeyd edilir, bu sahədə KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətindən bəhs olunur.
Süjetdə biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında KOB evi modeli xüsusi olaraq vurğulanır.
Materialda həmçinin KOBİA-nın bazarlara çıxış və satış imkanlarının artırılması və digər dəstək mexanizmlərindən yararlanmış qadın sahibkarın fikirlərinə və uğur hekayəsinə yer verilib.
Linkə daxil olmaqla süjetə baxmaq mümkündür: https://www.euronews.com/business/2025/10/09/kobia-leads-azerbaijans-drive-for-sme-growth-and-economic-diversification