...

Dəniz limanları tərəfindən daşınmış sərnişinlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 14 Oktyabr 2025 15:50 (UTC +04:00)
Dəniz limanları tərəfindən daşınmış sərnişinlərin sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında 12,5 milyon ton yük, 7156,9 min sərnişin daşınmış, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,7 faiz azalma, sərnişin daşınmasında isə 19,5 faiz artım müşahidə olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 6962,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artıb. Yüklərin 48,1 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 9861,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7852,3 min tonunu və ya 79,6 faizini tranzit yüklər təşkil edib.

Qeud edilib ki, 2025-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 410,2 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,8 faiz azalaraq 19,3 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti