Bakı. Trend:
Avropa Komissiyası Avropa İttifaqının militarizasiyası ilə bağlı proqramın yol xəritəsini oktyabrın 16-a kimi təsdiqləyərək, ictimaiyyətə təqdim edəcək.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyu Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
“Avropa Komissiyası, gözlənildiyi kimi, cümə axşamı Avropa İttifaqının hərbi hazırlığının artırılması ilə bağlı yol xəritəsini təsdiq edəcək və elə həmin gün Avropa ali diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa İttifaqının müdafiə üzrə ali komissarı Andrüs Kubilyus mətbuat konfransında onu (yol xəritəsini-red) ictimaiyyətə təqdim edəcəklər”,-deyə Pinyu bildirib.