...

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub

Cəmiyyət Materials 14 Oktyabr 2025 15:39 (UTC +04:00)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,1 faiz artaraq 10563,1 milyon manat olub.

Trend xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 7942,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib:

"2025-ci ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 1031,6 manatlıq və ya 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nominal ifadədə 142,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti