...

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib

Siyasət Materials 14 Oktyabr 2025 16:10 (UTC +04:00)
Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilib.

Saziş 2025-ci il iyunun 25-də Cenevrə şəhərində və 2025-ci il iyulun 11-də Bakı şəhərində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti