...

Alimlər ürək sağlamlığı üçün ən faydalı 3 ədviyyatı müəyyən ediblər

Maraqlı Materials 14 Oktyabr 2025 15:00 (UTC +04:00)
Alimlər ürək sağlamlığı üçün ən faydalı 3 ədviyyatı müəyyən ediblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müntəzəm olaraq az miqdarda qara istiot, darçın və mixəkdən istifadə ürək sağlamlığını möhkəmləndirə və hüceyrələri dağılmadan qoruya bilər. Bu təsirlər həmin ədviyyatlarda olan yüksək polifenol tərkibi ilə bağlıdır.

Trend xəbər verir ki, belə bir qənaətə Amerikanın Aydahо Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Polifenollar — güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik birləşmələr qrupudur. Onlar hüceyrələri oksidləşdirici stressdən qorumaqda iştirak edir, ürək-damar sisteminə, maddələr mübadiləsinə və qocalma proseslərinə müsbət təsir göstərir.

Tədqiqat çərçivəsində 212 nəfər yetkin iştirakçı 27 müxtəlif kulinariya ədviyyatı və otunun istifadəsi tezliyini özlərinin qiymətləndirdiyi anket doldurub. Alınan məlumatlar beynəlxalq” Phenol-Explorer” bazasından götürülmüş polifenol tərkibi barədə məlumatlarla müqayisə olunub.

Nəticələr göstərib ki, orta hesabla iştirakçılar ay ərzində yalnız ədviyyatlardan 680 milliqramadək polifenol qəbul ediblər — bu göstərici bu maddələrin ümumi qida yolu ilə qəbulunun təxminən 12 faizini təşkil edir. Aktiv birləşmələrin ümumi miqdarına ən böyük töhfəni qara istiot, darçın və mixək verib — bu ədviyyatlar xüsusilə yüksək polifenol konsentrasiyasına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti