...

Azərbaycanda heyvandarlıq məhsulları istehsalı açıqlanıb

İqtisadiyyat Materials 14 Oktyabr 2025 15:42 (UTC +04:00)
Azərbaycanda heyvandarlıq məhsulları istehsalı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11359,8 milyon manat təşkil edib. Onun 5408,0 milyon manatı heyvandarlıq, 5951,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,1 faiz artmış, bitkiçilik məhsulları istehsalı isə 0,7 faiz azalıb.

Qeyd olunub ki, 2025-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 6763,7 min baş qoyun və keçi, 2438,8 min baş iribuynuzlu mal-qara, ondan 1218,0 min baş inək və camış, 3167 baş donuz mövcud olub.

İribuynuzlu mal-qaranın 49,9 faizini inək və camışlar təşkil edir. Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 56,4 min ton quş əti və 880,3 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10541,9 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 180 ədəd yumurta alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti