...

Qazaxıstan Zəngəzur dəhlizi təşəbbüsünü dəstəkləyir - Nəqliyyat naziri

İqtisadiyyat Materials 14 Oktyabr 2025 11:56 (UTC +04:00)
Qazaxıstan Zəngəzur dəhlizi təşəbbüsünü dəstəkləyir - Nəqliyyat naziri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Zəngəzur dəhlizi təşəbbüsünü dəstəkləyir.

Trend xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında Ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında etdiyi çıxışda deyib.

“Xüsusi olaraq Orta dəhlizin strateji əhəmiyyətini vurğulamaq istəyirəm. Onun daha da inkişafı və səmərəliliyinin artırılması üçün bütün səylər göstərilməlidir. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi xüsusi önəm kəsb edir. Qazaxıstan bu təşəbbüsü azərbaycanlı qardaşlarımızın vacib addımı kimi dəstəkləyir və onu bütöv və dayanıqlı nəqliyyat arxitekturasının formalaşdırılmasının mühüm elementi kimi qiymətləndirir”,- deyə o bildirib.

Nazir qeyd edib ki, nəqliyyat-logistika sahəsinin inkişafı Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın vacib tərkib hissəsidir.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan Asiya ilə Avropa arasında əlaqəni təmin edən Orta dəhlizin əsas halqalarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti