...

Ötən illə müqayisədə ölüm hallarının sayı artıb

Cəmiyyət Materials 14 Oktyabr 2025 15:32 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında ölkədə 39951 ölüm halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 5,9-a qədər artıb.

Qeyd edək ki, ötən il ölkədə 58 909 ölüm halı qeydə alınıb. Ölənlərin 2519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti