...

Astarada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin infrastruktur obyektlərinə birgə baxış keçirilib (FOTO)

Siyasət Materials 14 Oktyabr 2025 14:38 (UTC +04:00)
Astarada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin infrastruktur obyektlərinə birgə baxış keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin başçılıq etdikləri nümayəndə heyətləri Astara şəhərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriblər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətləri 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində açılan avtomobil körpüsünə baş çəkiblər.

Bildirilib ki, körpünün buraxılış imkanı hər tərəfə gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ümumilikdə 1000 ədəd yük nəqliyyat vasitəsi təşkil edir.

Daha sonra İranın Astara şəhərində yerləşən və Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikinti işlərinin gedişi ilə tanışlıq olub.

Terminalın hazırkı illik yükaşırma imkanı 1 milyon ton təşkil edir və onun 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Tikinti işlərinin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Nümayəndə heyətləri həmçinin İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinə baxış keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti