Bakı. Trend:
Azərbaycanda qadınların doktorantura səviyyəsində təhsildə iştirakı son illərdə artıb və 2024-cü ildə fəlsəfə doktoru proqramlarında qadınların payı 52,5 faiz təşkil edib.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov Bakıda keçirilən "Azərbaycanın Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya" mövzusunda 7-ci DİM dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, bu göstərici 2020-ci ildə 42,8 faiz olub:
"Elm doktoru üzrə proqramlarda isə qadınların payı 2024-cü ildə 37 faizə çatıb".