...

"Barselona"nın hücumçusu sıradan çıxdı

İdman Materials 14 Oktyabr 2025 14:39 (UTC +04:00)
"Barselona"nın hücumçusu sıradan çıxdı

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, İspaniya çempionunun hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Levandovski Polşa millisinin düşərgəsində zədələnib. 37 yaşlı forvardın ayaq əzələsində yırtıq aşkarlaşıb. Onun yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol vurub. Təcrübəli futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər lenti

Xəbər lenti