...

Azad edilmiş ərazilərdə yeni elektrik enerjisi stansiyaları istismara veriləcək

İqtisadiyyat Materials 14 Oktyabr 2025 17:47 (UTC +04:00)
Azad edilmiş ərazilərdə yeni elektrik enerjisi stansiyaları istismara veriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərdə sənaye miqyaslı günəş və külək elektrik enerjisi stansiyalarının potensialının çox olduğu yerlər var.

Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

Onun sözlərinə görə, günəş enerjisi ilə bağlı Cəbrayıl və Zəngilan, külək enerjisi üzrə isə Laçın və Kəlbəcərdə ciddi potensial mövcuddur: "Bu istiqamətdə müvafiq işlər gedir. Ümumilikdə, sözügedən zonalarda elektrik enerjisi stansiyalarının yaxın zamanlarda istismara veriləcəyinin şahidi olacağıq. Artıq stansiyaların bir qisminin təməli qoyulub, bir qismində ölçmələr gedir, bir hissəsində isə bütün müqavilə bazası hazırdır.

Bütün bu proseslər müvafiq infrastruktur olmadan mümkün deyil".

"Cəbrayılda “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları (SES), eyni zamanda digər kiçik su elektrik stansiyalarının (KSES) qoyuluş gücünün təxminən 500 meqavatın üzərində olması gözlənilir", - deyə C. Abdullayev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti