Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərdə bir dənə də olsun C-dən aşağı kateqoriyalı fərdi yaşayış evi ilə təmasda olmaq istəmirik.
Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə salınmış yaşayış məntəqələrində istər fərdi yaşayış evləri, istərsə də inzibati yaşayış binaları olsun, onlar ciddi şəkildə enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər:
"Enerji səmərəliliyi ilə bağlı Avropada kateqoriyalar tətbiq olunur: A, B, C, D və E. Biz də bu kateqoriyanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qəbul edib. Birmənalı olaraq qeyd olunub ki, C-dən aşağı kateqoriyalı evlər bundan sonra istismara verilməsin. İşğaldan azad olunmuş ərazilərdə bir dənə də olsun C-dən aşağı kateqoriyalı fərdi yaşayış evi ilə təmasda olmaq istəmirik".