Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 4,5 faiz artacağını proqnozlaşdırır.
Bu barədə Trend Fondun “World Economic Outlook” adlı hesabatının oktyabr nəşrinə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə inflyasiya 2,2 faiz təşkil edib.
Son oktyabr proqnozu BVF-nin aprel hesabatında təqdim olunan qiymətləndirmələri ilə üst-üstə düşür.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 105,7 faiz olub. O cümlədən ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər üzrə isə 105,3 faiz təşkil edib.