...

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir

Cəmiyyət Materials 14 Oktyabr 2025 17:34 (UTC +04:00)
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 oktyabrda Bakı-Ağstafa, 19 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti