...

Dələduzluqla vətəndaşların pulunu ələ keçirən şəxsə hökm oxundu

Hadisə Materials 14 Oktyabr 2025 17:43 (UTC +04:00)
Dələduzluqla vətəndaşların pulunu ələ keçirən şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların pulunu dələduzluq yolu ilə əldə etməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mirsənan Mürsəlizadə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Mirsənan Mürsəlizadə “biznesə sərmayə” və başqa iş adı altında ümumilikdə 374 min manat məbləğində dələduzluq edib.

Ziyanın bir qismini ödənildiyi üçün zərərçəkmiş şəxslərin bəziləri şikayətini geri götürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti