...

Lənkəran-Lerik yolunda hərəkət bərpa olunub (VİDEO)

Hadisə Materials 14 Oktyabr 2025 11:49 (UTC +04:00)
Lənkəran-Lerik yolunda hərəkət bərpa olunub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün axşam saatlarında güclü külək Lənkəran–Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.

Bildirilib ki, yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə Yol İstismar MMC-nin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.

Qeyd edilib ki, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yol ilə hərəkət qısa müddətdə bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti