Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) “World Economic Outlook” adlı oktyabr buraxılışında 2025-ci il üçün Azərbaycanın real ÜDM artımı ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib.
Trend xəbər verir ki, yenilənmiş qiymətləndirmələrə əsasən, Azərbaycanda iqtisadi artım 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkil edəcək. Bu göstərici 2024-cü ildəki 4,1 faizlə müqayisədə azalma deməkdir.
BVF-nin həmin hesabatın aprel buraxılışında 2025-ci il üçün 3,5 faiz, 2026-cı il üçün isə 2,5 faiz artım proqnozlaşdırılmışdı. Bu isə növbəti il üçün proqnozun 0,5 faiz bəndi aşağı salındığını göstərir.
Hökumətin proqnozuna görə, 2026-cı ildə Azərbaycanın ÜDM-i 134,1 milyard manat (78,88 milyard ABŞ dolları) təşkil edəcək, bunun 101,7 milyard manatı (59,82 milyard dolları) qeyri-neft-qaz sektorunun payına düşəcək.
Beləcə ölkədə 2026-cı ildə iqtisadi artımın 3,2 faiz səviyyəsində olacağı, o cümlədən qeyri-neft-qaz sektorunda 8,8 faiz artımın müşahidə ediləcəyi gözlənilir.